Bu barədə futbolçu Portuqaliyanın TVI telekanalına müsahibəsi zamanı bildirib Bu barədə futbolçu Portuqaliyanın TVI telekanalına müsahibəsi zamanı bildirib
  • Fanat
  • 21 Avqust 2019 12:34
  •  1 131

Ronaldu gələn il karyerasını başa vura bilər

Bu barədə futbolçu Portuqaliyanın TVI telekanalına müsahibəsi zamanı bildirib

Turinin “Yuventus” klubunun hücumçusu Kriştianu Ronaldu karyerasını gələn il başa vura bilər.

AzNews.az-ın məlumatına əsasən, bu barədə futbolçu Portuqaliyanın TVI telekanalına müsahibəsi zamanı bildirib.

“Hazırda bu barədə düşünmürəm. Ola bilsin, karyeramı gələn il bitirdim. Lakin mən 40-41 yaşıma kimi də oynaya bilərəm. Bilmirəm.. Həmişə deyirəm ki, hazırkı andan həzz almaq lazımdır. Mən də bunu davam etməliyəm”, - deyə futbolçu bildirib.

Qeyd edək ki, portuqaliyalı ötən il İtaliya çempionatının iştirak etdiyi 31 oyununda rəqib qapısından 21 top keçirib və səkkiz nəticə verən ötürmə edib.

AzNews.az