"PFL tərəfindən verilmiş A buraxılış vəsiqəsi bütün üzvlər tərəfindən görünən səviyyədə taxılmalıdır" "PFL tərəfindən verilmiş A buraxılış vəsiqəsi bütün üzvlər tərəfindən görünən səviyyədə taxılmalıdır"
  • Fanat
  • 21 Avqust 2019 13:18
  •  1 901

AFFA Qurban Qurbanova görə “Qarabağ”ı cərimələdi

"PFL tərəfindən verilmiş A buraxılış vəsiqəsi bütün üzvlər tərəfindən görünən səviyyədə taxılmalıdır"

AFFA İntizam Komitəsi "Qarabağ" klubunu 800 manat məbləğində cərimələyib.

Buna Ağdam təmsilçisinin bəzi rəsmilərinin I turda "Keşlə" ilə matçda “A” buraxılışından istifadə etməməsidir.

Komitə həmin qarşılaşmanın 74-cü dəqiqəsində ikinci sarı vərəqə alaraq meydandandan qovulan "Keşlə"nin oyunçusu Emin Mehtiyevə 1 oyunluq cəza verib, klub isə 200 manat məbləğində cərimələnib.

Qeyd edək ki, "Qarabağ"ın 1:0 hesablı qələbəsi ilə başa çatan görüşdə baş məşqçi Qurban Qurbanovla yanaşı, klubun digər üzvləri A buraxılış vəsiqəsindən istifadə etməyib. Əsasnamədə isə göstərilir: "PFL tərəfindən verilmiş A buraxılış vəsiqəsi bütün üzvlər (stadionun soyunub-geyinmə otaqları yer alan tunelinə daxil olduqdan sonra oyunda iştirak edəcək futbolçulara şamil olunmur) tərəfindən görünən səviyyədə taxılmalıdır. Stadionun otaqlarında xidmət aparan şəxslər mütləq şəkildə vəsiqəni taxmalıdırlar. Şəkilli A buraxılışının kənar şəxslərə ötürülməsində klub məsuliyyət daşıyır".(report.az)

AzNews.az