Bunu sabiq pilotun saxlandığı klinikanın əməkdaşlarından biri açıqlayıb Bunu sabiq pilotun saxlandığı klinikanın əməkdaşlarından biri açıqlayıb
  • Fanat
  • 11 Sentyabr 2019 13:26
  •  1 990

Mixael Şumaxerin 6 ildən sonra huşu qayıdıb

Bunu sabiq pilotun saxlandığı klinikanın əməkdaşlarından biri açıqlayıb

“Formula-1” üzrə yeddiqat dünya çempionu Mixael Şumaxer özünə gəlib.

2013-cü il dekabrın 29-da bədbəxt hadisə ilə üzləşdikdən sonra komada olan almaniyalının huşu geri qayıdıb.

Bunu sabiq pilotun saxlandığı klinikanın əməkdaşlarından biri açıqlayıb.

Qeyd edək ki, 2013-cü ilin dekabrında M.Şumaxer Meribeldə dağ xizəyi sürərkən yıxılaraq ağır yaralanıb. Nəticədə pilot beyninin hər iki yarımkürəsinin zədələri və qanaxması ilə müşayiət olunan kəllə beyin travması alıb. 2014-cü ilin sentyabr ayından etibarən Şumaxerin Cenevrə gölünün sahilində yerləşən İsveçrədəki villasında səhhətinin bərpa prosesi gedirdi. (apa)

AzNews.az