Biz müxtəlif ölkələrdə yaşayırıq və hər birimizin öz öhdəlikləri var Biz müxtəlif ölkələrdə yaşayırıq və hər birimizin öz öhdəlikləri var
  • Fanat
  • 12 Sentyabr 2019 12:58
  •  1 931

Messi onu nahara dəvət edən Ronaldoya cavab verdi

Biz müxtəlif ölkələrdə yaşayırıq və hər birimizin öz öhdəlikləri var

İspaniyanın "Barselona" komandasının futbolçusu Lionel Messi onunla nahar etməyə hazır olduğunu bildirən İtaliya "Yuventus"unun oyunçusu Kriştiana Ronaldonun sözlərinə münasibət bildirib.

Sport.es saytına istinadən xəbər verilir ki, 32 yaşlı argentinalı forvard bunun üçün problem olmadığını söyləyib.

"Həmişə demişəm ki, Ronaldo ilə problemim yoxdur və komanda yoldaşı olmadığımız üçün yaxın dost deyilik. Onunla adətən tədbirlərdə görüşürük. Həmin mərasimlərin sonlarında çoxlu söhbət edir və həmişəkindən daha yaxın oluruq. Birgə şam yeməyinin olub-olmayacağını bilmirəm. Biz müxtəlif ölkələrdə yaşayırıq və hər birimizin öz öhdəlikləri var. Ancaq bu, baş verərsə, heç bir problem yoxdur" deyə Messi vurğulayıb.

Qeyd edək ki, Kriştiano Ronaldo UEFA-nın 2018/2019 mövsümünün ən yaxşılarını mükafatlandırdığı mərasimdə Lionel Messi ilə nahar etməyə hazır olduğunu açıqlayıb. (Report)