"Sumqayıt" Nicat Mehbalıyevi icarəyə götürüb "Sumqayıt" Nicat Mehbalıyevi icarəyə götürüb
  • Fanat
  • 13 Sentyabr 2019 21:25
  •  956

“Qarabağ”ın qapıçısı “Sumqayıt”da

"Sumqayıt" Nicat Mehbalıyevi icarəyə götürüb

2019/2020 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Sumqayıt" daha bir futbolçunun keçidini reallaşdırıb.

Ayxan Abbasovun baş məşqçisi olduğu komanda "Qarabağ"ın qapıçısı Nicat Mehbalıyevi icarəyə götürüb.

Mövsümün sonuna qədər "Sumqayıt"ın uğurları üçün çalışacaq gənc futbolçu "12" nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, peşəkar karyerası ərzində yalnız "Qarabağ"da çıxış edən N.Mehbalıyev Azərbaycanın U-17, U-19 və U-21 millilərinə də çağırılıb.(apa.az)

AzNews.az