O, döyüşün 4-cü raundunda Fonteyni texniki nokautla məğlub edib O, döyüşün 4-cü raundunda Fonteyni texniki nokautla məğlub edib
  • Fanat
  • 14 Sentyabr 2019 07:27
  •  1 846

Məhəmmədrəsul Məcidov peşəkar rinqdə ilk döyüşündə qələbə qazanıb

O, döyüşün 4-cü raundunda Fonteyni texniki nokautla məğlub edib

Boks üzrə Azərbaycanın milli yığma komandasının kapitanı, boks üzrə ağır çəkidə üçqat dünya çempionu olan 32 yaşlı Məhəmmədrəsul Məcidov sentyabrın 13-də Nyu-Yorkda peşəkar rinqdə ilk döyüşünə çıxıb.

“All Boxing” portalı xəbər verir ki, Azərbaycan boksçusu 30 yaşlı amerikalı Ed Fonteynlə üz-üzə gəlib.

M.Məcidovun peşəkar rinqdəki debütü qələbə ilə nəticələnib. Belə ki, o, döyüşün 4-cü raundunda Fonteyni texniki nokautla məğlub edib.

Qeyd edək ki, bundan əvvəl boksçumuz britaniyalı boks təşkilatçısı Eddi Hirn ilə müqavilə imzalayıb və onun peşəkar rinqdə debütü də bu müqavilənin bir hissəsi olub. (apa)

AzNews.az