"Biz həmin səfər üçün çox həyəcanlıyıq" "Biz həmin səfər üçün çox həyəcanlıyıq"
  • Fanat
  • 16 Sentyabr 2019 11:06
  •  1 387

“Qarabağ”la qarşılaşmada bizə çox çətin olacaq - "Sevilya"nın baş məşqçisi

"Biz həmin səfər üçün çox həyəcanlıyıq"

“Alaves” üzərində qələbə o demək deyil ki, komandamız hər cəhətdən yaxşıdır”.

Bunu İspaniyanın “Sevilya” klubunun baş məşqçisi Xulen Lopeteqi deyib.

Təcrübəli mütəxəssis La Liqanın IV turunun “Alaves”lə oyunundan sonra 1:0 hesablı qələbə qazanan komandasından tam razı qalmadığını açıqlayıb. O bildirib ki, Avropa Liqasının sentyabrın 19-da Bakıda “Qarabağ”a qarşı keçiriləcək matçınadək olan müddətdə çatışmazlıqlar aradan qaldırılmalıdır: “Hələ bir az da təkmilləşməliyik. Bakıdakı oyuna yollanmazdan öncə bəzi çatışmazlıqları da aradan qaldırmalıyıq. “Qarabağ”la qarşılaşmada bizə çox çətin olacaq. Biz həmin səfər üçün çox həyəcanlıyıq. Çünki Avropa Liqasının qrupundakı ilk matçımız olacaq”.

Qeyd edək ki, qrup mərhələsinin I turunun “Qarabağ” – “Sevilya” oyunu Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. (APA)