Gələn ay onun 38 yaşı tamam olacaq Gələn ay onun 38 yaşı tamam olacaq
  • Fanat
  • 16 Sentyabr 2019 13:57
  •  1 136

İbrahimoviç son oyunda het-trikə imza atdı - VİDEO

Gələn ay onun 38 yaşı tamam olacaq

İsveçli hücumçu Zlatan İbrahimoviç qollarını sıralamaqda davam edir.

O, MLS çempionatında “Los-Anceles Qalaksi”nin Kanzas “Sportinq”ini 7:2 hesabı ilə məğlub etdiyi görüşdə het-trikə imza atıb.

Bosniya mənşəli futbolçu əvvəlcə 32-ci dəqiqədə penaltidən fərqlənərək hesabı bərabərləşdirib. Daha sonra o, 51-ci dəqiqədə hesabı 3:1 edib. Zlatan İbrahimoviç 85-ci dəqiqədə komandasının yeddinci, özünün üçüncü qolunu rəsmiləşdirib. (Oxu.az)