Dünya çempionatı sentyabrın 16-dan 22-dək keçiriləcək Dünya çempionatı sentyabrın 16-dan 22-dək keçiriləcək
  • Fanat
  • 17 Sentyabr 2019 11:42
  •  1 185

Bura doğma zaldır, doğma xalçadır, doğma Bakıdır - Rusiya gimnastı

Dünya çempionatı sentyabrın 16-dan 22-dək keçiriləcək

Mən bu gün xalçaya çıxdım və öz proqramımı maksimum yerinə yetirdim.

Bunu Rusiya gimnastı Dina Averina deyib.

O bildirib ki, çıxışın daha çətin olacağını düşünürdü:

“Amma çox rahat çıxış etdim, yəqin ona görə ki, mən Bakıda artıq bir neçə dəfə çıxış etmişəm. Biz həm də iki podium məşqi keçirdik, zala alışdıq. Bura doğma zaldır, doğma xalçadır, doğma Bakıdır, mənim burada hər şey çox xoşuma gəlir”.

Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən dünya çempionatına Azərbaycan 9 gimnastla qatılıb. Fərdi proqram üzrə yarışlarda Zöhrə Ağamirova, Veronika Qudis, Yelizaveta Luzan və Məryəm Səfərova güclərini sınayacaqlar. Qrup hərəkətlərində isə komandamızın heyətində Ayşən Bayramova, Diana Əhmədbəyli, Aliyə Paşayeva, Zeynəb Hümmətova və Darya Sorokina yer alıblar.

61 ölkədən 300-dən artıq gimnast çempionatda 9 dəst medal uğrunda mübarizə aparacaq.

Dünya çempionatı sentyabrın 16-dan 22-dək keçiriləcək. (Trend)