İlk qarşılaşma Fransada yerli "Lion" ilə Rusiya "Zenit"i arasında baş tutub: 1-1 İlk qarşılaşma Fransada yerli "Lion" ilə Rusiya "Zenit"i arasında baş tutub: 1-1
  • Fanat
  • 18 Sentyabr 2019 08:31
  •  1 265

Çempionlar Liqası: "Liverpul" məğlub oldu - NƏTİCƏLƏR

İlk qarşılaşma Fransada yerli "Lion" ilə Rusiya "Zenit"i arasında baş tutub: 1-1

Futbol üzrə Çempionlar Liqasında 2019/20-ci illər mövsümünə start verilib.

İlk qarşılaşma Fransada yerli "Lion" ilə Rusiya "Zenit"i arasında baş tutub. Matç 1:1 hesablı bərabərliklə yekunlaşıb.

"G" qrupunun digər qarşılaşmasında "Benfika" (Portuqaliya) öz meydanında Almaniya "Leipsiq"inə 1:2 hesabı ilə məğlub olub.

"F" qrupunda "İnter" doğma meydanda 90+2 dəqiqədə Praqa "Slaviya"sına məğlubiyyətdən xilas olub. Qrupun digər matçında Dortmund "Borussiya"sı Almaniyada "Barselona" (İspaniya) ilə qolsuz heç-heçəyə nail olub.

Gecənin ən maraqlı nəticəsi İtaliyada qeydə alınıb. Çempionlar Liqasının hazırkı qalibi "Liverpul" (İngiltərə) "Napoli"yə (İtaliya) 0:2 hesabı ilə məğlub olub. Qrupun paralel keçən oyununda "Zalsburq" (Avstriya) "Genk"i (Belçika) darmadağın edib - 6:2. Matçda 19 yaşlı norveçli Erlinq Hollan ilk yarıda het-trikə imza atıb.

"Valensiya"nın səfərdə "Çelsi" üzərində qələbə qazanması (1:0) turun digər gözlənilməz nəticəsi olub.

"H" qrupunun paralel keçirilən matçı "Ayaks""Lill" arasında baş tutub. Hollandiya təmsilçisi Fransa klubuna heç bir şans verməyib - 3:0. (Report)

Çempionlar Liqası. I tur

"E" qrupu

"Red Bull Zalsburq" (Avstriya) - "Genk" (Belçika) - 6:2

Qollar: 1:0 Holann – 2' 2:0 Holann – 34' 3:0 Çan – 36' 3:1 Lukumi – 40' 4:1 Holann – 45' 5:1 Soboslai – 45+2' 5:2 Samata – 52' 6:2 Ulmer – 66'

"Napoli" (İtaliya) - "Liverpul" (İngiltərə) - 2:0

Qollar: 1:0 Mertens – 82' (pen) 2:0 Lyorente – 90+2'

F Qrupu

"Borussiya D" (Almaniya) - "Barselona" (İspaniya) - 0:0

"İnter" - "Slaviya" - 1:1

Qollar: 0:1 Olayinka – 63' (1:0), Barella, 90+2' (1:1)

G Qrupu

"Benfika" (Portuqaliya) - "RB Leypsiq" (Almaniya) - 1:2

Qollar: 0:1 Verner – 69', 0:2 Verner – 78', 1:2 Seferoviç – 84'

"Lion" (Fransa) - "Zenit" (Rusiya) - 1:1

Qollar: 0:1 Azmun – 41', 1:1 Depay – 51' (pen)

H Qrupu

"Çelsi" (İngiltərə) - "Valensiya" - 0:1

Qol: Rodriqo – 74'

"Ayaks" (Niderland) - "Lill" - 3:0

Qollar: 1:0 Promes – 18', 2:0 Alvares – 50', 3:0 Talyafiko – 62'