Rusiya tərəfinin etirazından sonra videotəkrara baxılıb Rusiya tərəfinin etirazından sonra videotəkrara baxılıb
  • Fanat
  • 19 Sentyabr 2019 11:09
  •  1 095

Hacı Əliyev mundialda uduzduruldu - əsəbiləşib hakimlərə hücum etdi

Rusiya tərəfinin etirazından sonra videotəkrara baxılıb

Qazaxıstanın paytaxtı Nursultandakı dümya çempionatında Azərbaycanı təmsil edən sərbəst güləşçi Hacı Əliyev ilk görüşünə çıxıb.

65 kq çəki dərəcəsində yer alan titullu pəhləvan təsnifat mərhələsində rusiyalı Hacımurad Rəşidovla üz-üzə gəlib.

İlk hissədə Əliyev hesabda geri düşsə.də, ikinci yarıda vəziyyəti öz xeyrinə dəyişib - 2:1. Lakin sona doğru Rəşidov önə çıxıb - 3:2. Bununla belə, Əliyev daha 2 fəndlə önə çıxıb. Lakin Rusiya tərəfinin etirazından sonra videotəkrara baxılıb. Nəticədə Əliyevin 2 xalı sildirib. Hakimlərin qərarı ilə azərbaycanlı pəhləvan uduzdurulub - 2:4.

Qərardan narazı qalan Əliyev qırmızı vərəqəni hakimlərə tərəf gösrərib. Ona isə hakimlər qırmızı vərəqə göstərərək diskvalifikasiya ediblər. Əliyev daha sonra hakimlərin üzərinə getmək istəyib. İşə yerli polislər qarışıb. Yalnız bundan sonra üçqat dünya çempionu çölə çıxıb. (Report)