Bilirdik ki, onun ruhunu və iradəsini sındırmaq çətin olacaq Bilirdik ki, onun ruhunu və iradəsini sındırmaq çətin olacaq
  • Fanat
  • 19 Oktyabr 2019 21:51
  •  3 848

Kadırov Beterbiyevi boksun dahisi adlandırdı

Bilirdik ki, onun ruhunu və iradəsini sındırmaq çətin olacaq

Çeçen Respublikasının başçısı Ramzan Kadırov Rusiya boksçusu Artur Beterbiyevin Beynəlxalq Boks Federasiyasının (IBF) və Dünya Döyüş Şurasının (WBC) versiyalarında çempion titullarına görə ukraynalı Aleksandr Qvozdiklə görüşünə münasibət bildirib.

AzNews.az xəbər verir ki, adı çəkilən döyüş Filadelfiyada oktyabrın 19-da keçirilib və rusiyalı idmançının qələbəsi ilə başa çatıb.

"Biz Arturun qələbəsinə şübhə etmirdik. Bilirdik ki, onun ruhunu və iradəsini sındırmaq çətin olacaq. Güc və təcrübə isə onda yetərincədir. Hesab edirəm ki, o, boksun professor və dahisidir: güc və vaxtın dəqiq hesablanması, hər bir raund üçün hazırlanmış mükəmməl taktika və ümumiyyətlə döyüş strategiyası.

Onu ürəkdən təbrik edirəm! Yeni qələbələr, uğurlar və ilham arzulayıram", — deyə Kadırov İnstagram-da yazıb.

View this post on Instagram

Ассаламу алайкум! Дорогой БРАТ @arturbeterbiev Артур Бетербиев чемпион мира по версиям WBC и IBF. В Филадельфии он одержал убедительную победу над украинским Боксером @alex_gvozdyk Александром Гвоздиком. Артур завоевывает два пояса! Чемпион по двум версиям! Мы не сомневались в Артуре. Прежде всего, знали, что не сломить его дух, волю, а сил и опыта ему не занимать. Артура можно назвать профессором и гением бокса. Четкий расчёт сил и времени, прекрасно разработанная тактика каждого раунда и стратегия боя в целом! Это - Артур Бетербиев! Я искренно поздравляю дорогого БРАТА, желаю новых побед, новых удач и вдохновения! #Артур #Бетербиев #Бокс #Филадельфия

A post shared by @ za_kadyrova_95eng on Oct 19, 2019 at 12:33am PDT

Babək Göyüş

AzNews.az