O, “DJ Magazine” jurnalna əsasən 3 dəfə ən yaxşı dicey adına layiq görülüb O, “DJ Magazine” jurnalna əsasən 3 dəfə ən yaxşı dicey adına layiq görülüb
  • Fanat
  • 20 Oktyabr 2019 06:33
  •  1 719

Bakının qatılacağı turnirin himninin müəllifi bəlli oldu

O, “DJ Magazine” jurnalna əsasən 3 dəfə ən yaxşı dicey adına layiq görülüb

UEFA Futbol üzrə 2020-ci ilin Avropa Çempionatının rəsmi himninin müəllifini seçib.

TASS-ın turnirin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, növbəti yarışın himni Niderlanddan olan dicey Martin Qarriksə həvalə edilib.

“Mən fəxrlə bildirirəm ki, Futbol üzrə 2020-ci ilin Avropa Çempionatının himnini yazmışam. Hər birinizin onu eşidəcəyi anı səbirsizliklə gözləyirəm”, - deyə 23 yaşlı Qarriks özünün “Twitter” hesabında yazıb.

“Avro-2020”nin rəsmi mahnısı və onu ifa edəcək müğənni yazda təqdim olunacaq. Hər iki musiqiçi mahnını tam həcmdə ilk dəfə Romada 2020-ci ilin iyunun 12-də turnirin açılış mərasimində ifa edəcəklər.

Qarriks “DJ Magazine” jurnalna əsasən 3 dəfə (2016, 2017, 2018) ən yaxşı dicey adına layiq görülüb.

Xatırladaq ki, Çempionat turnirin 60 illik yubileyi şərəfinə Avropanın 12 şəhərində - London, Münhen, Bakı, Sankt-Peterburq, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdamda keçiriləcək. (oxu.az)

AzNews.az