Yaralı Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb Yaralı Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb
  • Fanat
  • 22 Oktyabr 2019 08:52
  •  1 820

Kürdəmirdə yük avtomobili piyadanı vurdu

Yaralı Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb

Kürdəmir rayonunda yük avtomobili piyadanı vurub.

Hadisə rayonun Vaqif prospektində qeydə alınıb.

Qasımov Firidun Mirzəhüseyn oğlu idarə etdiyi "Mercedes" markalı yük avtomobili ilə hərəkətdə olarkən yolu keçən rayon sakini, 1961-ci il təvəllüdlü Zeynalov Ağamirzə Mirzə oğlunu vurub.

Nəticədə piyada müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Fakt araşdırılır.

AzNews.az