O, razılaşsa, indikindən az maaş alacaq O, razılaşsa, indikindən az maaş alacaq
  • Fanat
  • 23 Oktyabr 2019 13:10
  •  1 740

Mourinyo bu komandanın baş məşqçisi ola bilər

O, razılaşsa, indikindən az maaş alacaq

Joze Mourinyo Almaniyanın "Borussiya" (Dortmund) futbol komandasına rəhbərlik edə bilər.

"Bild" nəşrinə istinadən xəbər verilir ki, Dortmund təmsilçisinin rəhbərliyi hazırkı baş məşqçi Lüsyen Favrı vəzifəsindən kənarlaşdıracağı təqdirdə, portuqaliyalı mütəxəssisi kollektivin başında görmək istəyir. Üstəlik, klubun baş direktoru Hans-Yoahim Vatske təcrübəli məşqçi ilə əlaqə qurub və mütəxəssis alman dilini öyrənməyə başlayıb.

Mourinyo Almaniya klubu ilə razılaşsa, İngiltərə "Mançester Yunayted"ində qazandığı məvacibdən az maaş alacaq.

Qeyd edək ki, Joze Mourinyo son olaraq "Mançester Yunayted"də iş başında olub. 2018-ci ilin dekabrından heç bir klubda işləməyən mütəxəssisin adı İspaniya "Real Madrid"i ilə də hallanır. (Report)

AzNews.az