Yurgen Kloppla teleoperator arasında narazılıq qeydə alınıb Yurgen Kloppla teleoperator arasında narazılıq qeydə alınıb
  • Fanat
  • 11 Noyabr 2019 09:40
  •  1 960

Klopp: “Mən sənin üçün təlxək deyiləm”

Yurgen Kloppla teleoperator arasında narazılıq qeydə alınıb

İngiltərə Premyer Liqasının XII turunun “Liverpul” – “Mançester Siti” oyunundan sonra xoşagəlməz hadisə yaşanıb.

3:1 hesablı qələbə qazanan mersisaydlıların baş məşqçisi Yurgen Kloppla teleoperator arasında narazılıq qeydə alınıb.

Görüş bitən kimi meydana çıxıb azarkeşlərə təşəkkür etmək istəyən almaniyalı mütəxəssis onu çəkən operatora sərt cavab verib. Televiziya işçisi Y.Kloppdan xahiş edib ki, kameraya yumruq göstərsin.

Almaniyalı buna əsəbi cavab verib: “Mən sənin üçün təlxək deyiləm”.

Qeyd edək ki, “Liverpul” 12 turdan sonra 34 xalla Premyer Liqanın lideridir. (APA)

AzNews.az