Görüşün 82-ci dəqiqəsində Ronaldunu meydandan alınıb Görüşün 82-ci dəqiqəsində Ronaldunu meydandan alınıb
  • Fanat
  • 11 Noyabr 2019 09:47
  •  2 057

Ronaldu əvəzlənməsinə etiraz edib, Sarri isə... - VİDEO

Görüşün 82-ci dəqiqəsində Ronaldunu meydandan alınıb

İtaliyanın “Yuventus” komandasının baş məşqçisi Mauritsio Sarri A Seriyasının XII turunda evdə “Milan”ı 1:0 hesabı ilə məğlub etdikləri oyunda Kriştianu Ronaldunu əvəzləməsinə aydınlıq gətirib.

Italiyalı mütəxəssis matçın 55-ci dəqiqəsində portuqaliyalı hücumçunun yerinə qələbə qolunun müəllifi olan Paulo Dibalanı buraxmasını bu cür şərh edib:

“Ronaldu oynamaq üçün əlindən gələni etdi. Ancaq gördüm ki, özünü yaxşı hiss etmir və onu əvəzləməyin daha yaxşı olacağını düşündüm. Ən yaxşısını ortaya qoyan bütün oyunçular əvəzləndiyi zaman əsəbləşir”.

Sarri ardıcıl ikinci oyunda Ronaldunu əvəzləyib. O, Çempionlar Liqasının qrup mərhələsinin IV turunda Rusiyada “Lokomotiv”i 2:1 hesabı ilə məğlub etdikləri görüşün 82-ci dəqiqəsində Ronaldunu meydandan alıb.

Portuqaliyalı forvard hər iki halda əvəzlənməsindən narazı qalıb. O, “Lokomotiv”lə matçda baş məşqçinin əlini sıxmayıb, “Milan”la dueldə isə birbaşa paltardəyişmə otağına gedib.

Qeyd edək ki, Ronaldu sonuncu dəfə 2016-cı ilin mayında ardıcıl 2 oyunda əvəzlənib. O, ötən mövsüm cəmi 2 dəfə yerini komanda yoldaşına verib. (Report)

AzNews.az