28 yaşlı hücumçu İslandiya və Andorra ilə matçlarda çıxış edə bilməyəcək 28 yaşlı hücumçu İslandiya və Andorra ilə matçlarda çıxış edə bilməyəcək
  • Fanat
  • 13 Noyabr 2019 20:26
  •  2 587

Türkiyə yığmasında ciddi itki

28 yaşlı hücumçu İslandiya və Andorra ilə matçlarda çıxış edə bilməyəcək

Türkiyə millisi AVRO-2020-nin seçmə mərhələsinin son oyunlarından öncə ciddi itki ilə üzləşib.

"Fotomac" xəbər verir ki, İngiltərənin "Everton" klubunda çıxış edən Cenk Tosun yığmanın məşqində zədələnib.

28 yaşlı hücumçu bu səbəbdən İslandiya və Andorra ilə matçlarda çıxış edə bilməyəcək.

Qeyd edək ki, Türkyə yığması noyabrın 14-də İstanbulda İslandiyanı qəbul edəcək. Şenol Güneşin baş məşqçi olduğu kollektiv üç gün sonra Andorranın qonağı olacaq. Komanda İslandiya ilə ev matçında ən azı heç-heç edəcəyi təqdirdə final mərhələsinə vəsiqəni təmin edəcək.(report.az)

AzNews.az