Açılış mərasimi noyabrın 22-də saat 16:00-da başlayacaq Açılış mərasimi noyabrın 22-də saat 16:00-da başlayacaq
  • Fanat
  • 15 Noyabr 2019 11:51
  •  2 378

Bakı Alpaqut Turan döyüş sənəti üzrə ikinci dünya çempionatına ev sahibliyi edəcək

Açılış mərasimi noyabrın 22-də saat 16:00-da başlayacaq

Noyabrın 22-24-də “Sərhədçi” İdman Olimpiya Mərkəzində Alpaqut Turan döyüş sənəti üzrə ikinci dünya çempionatı keçiriləcək.

Azərbaycan Alpaqut Federasiyasından bildiriblər ki, yarış döyüş sənətinə daxil olan beş - Aypara, Batur, Caymaz, Qurşaq və Kaçut sistemləri üzrə təşkil olunacaq.

İyirmi ölkədən idmançıların mübarizə aparacağı yarışın açılış mərasimi noyabrın 22-də saat 16:00-da başlayacaq.

AzNews.az