- Fanat
- 16 Noyabr 2019 05:47
- 2 342
Heness "Bavariya"nın prezidentliyindən getdi – 50 ilin yekunu
Bu, olduqca gözəl dövr idi
Münhen “Bavariya”sının prezidenti Uli Heness istefa verib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
“Hər kəsə bu klubda keçirdiyim 50 il ərzində göstərilən isti münasibətə və dəstəyə görə minnətdarlığımı bildirirəm. Bu, olduqca gözəl dövr idi. Biz uğurla futbol oynadıq, yaxşı iqtisadi bünövrə yaratdıq və fanatların arzuladığı kimi öz stadionumuzu tikdi. Vəssalam”, - deyə Heness bildirib.
Klubun yeni prezidenti “Adidas” konsernin top meneceri Herbert Hayner seçilib.
Xatırladaq ki, Heness 17 yaşında “Bavariya”nın oyunçusu olub. O, Münhen klubunun formasını 1970-1977-ci illərdə geyinib. Futbolçu karyerasını bitirdikdən sonra “Bavariya”nın meneceri olub.