O, yemək vaxtı oyunçulara izahat verməyi düşünür O, yemək vaxtı oyunçulara izahat verməyi düşünür
  • Fanat
  • 18 Noyabr 2019 18:41
  •  2 333

Ronaldu komanda yoldaşlarından üzr istəmək üçün bunu edəcək

O, yemək vaxtı oyunçulara izahat verməyi düşünür

İtaliya "Yuventus"unun futbolçusu Kriştianu Ronaldu A Seriyasında XII turun "Milan"la qarşılaşmasındakı davranışı səbəbindən komanda yoldaşlarından üzr istəməyi qərara alıb.

"La Republica"nın məlumatına görə, portuqaliyalı hücumçu həmklubları ilə birgə şam yeməyi planlaşdırır.

O, yemək vaxtı oyunçulara izahat verməyi düşünür. Görüş noyabrın 23-də Berqamoda "Atalanta" ilə XIII tur matçından əvvəl baş tutmalıdır.

Qeyd edək ki, "Yuventus"un baş məşqçisi Mauritsio Sarri Rusiya "Lokomotiv"i və "Milan"la son qarşılaşmaların gedişində Kriştianu Ronaldunu meydandan çıxarıb. Hər iki halda 34 yaşlı forvard Sarrinin əlini sıxmayıb. Əvəzləndikdən sonra o, paltardəyişmə otağına yollanıb. Orada isə Ronaldu görüşün bitimini gözləmədən stadionu tərk edib.(report.az)

AzNews.az