Millimiz mübarizə apardığı E qrupunu 1 xalla sonuncu pillədə başa vurub Millimiz mübarizə apardığı E qrupunu 1 xalla sonuncu pillədə başa vurub
  • Fanat
  • 20 Noyabr 2019 09:06
  •  2 289

“Avro - 2020”: Azərbaycan millisi seçmə mərhələsini məğlubiyyətlə başa vurdu

Millimiz mübarizə apardığı E qrupunu 1 xalla sonuncu pillədə başa vurub

Futbol üzrə Azərbaycan millisi “Avro -2020”nin seçmə mərhələsini məğlubiyyətlə başa vurub.

Millimiz noyabrın 19-da Trnava şəhərindəki Anton Malatinskiy stadionunda Slovakiya yığmasının qonağı olub.

“CBC Sport” televiziya kanalı vasitəsilə canlı yayımlanan oyunu ukraynalı hakimlər idarə edib.

Millimizin start heyətində Emil Balayev, Qara Qarayev, Şəhriyar Rəhimov, Bəhlul Mustafazadə, Bədavi Hüseynov, Vüsal İsgəndərli, Ramil Şeydayev, Eddi İsrafilov, Abbas Hüseynov, Anton Krivotsyuk və Cavid Hüseynov yer alıblar.

Slovakiya yığmasının ilk on birliyində isə meydana Martin Dubravka, Peter Pekarík, Lukaş Haraslin, Robert Bojeník, Matuş Bero, Milan Şkrinyar, Norbert Dyömber, David Hançko, Marek Hamşik, Yuraj Kuçka və Stanislav Lobotka çıxıblar

Oyunda hesabı meydan sahibləri açıblar. Belə ki, matçın 19-cu dəqiqəsində Robert Bojenik fərqlənib. Komandaların cəhdlərinə baxmayaraq birinci hissənin sonunadək hesab dəyişməyib. Beləliklə, Slovakiya millisi fasiləyə 1:0 hesablı üstünlüklə yollanıb.

Qarşılıqlı hücumlar şəraitində keçən oyunun ikinci hissəsində də slovakiyalı futbolçular fərqləniblər. Matçın 87-ci dəqiqəsində Marek Hamşik hesab arasındakı fərqi artırıb. Bu, oyunda vurulan sonuncu qol olub.

Beləliklə, matç Slovakiya millisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Millimiz mübarizə apardığı E qrupunu 1 xalla sonuncu pillədə başa vurub. Hesabında 17 xal olan Xorvatiya millisi qrup birincisi kimi turnir final mərhələsinə vəsiqəni təmin edib

Slovakiya və Azərbaycan milliləri dünya və Avropa çempionatlarının seçmə mərhələlərində 8-ci dəfə üz-üzə gəliblər. İndiyədək keçirilmiş 7 matçdan 6-da rəqib qalib gəlib. 2001-ci il iyunun 6-da Bakıda dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçirilən oyunda isə Azərbaycan millisi 2:0 hesabı ilə qələbə qazanıb.

12-ci turun son oyun günündə C, E, G və İ qruplarında ümumilikdə 10 qarşılaşma oynanılıb.

Günün bütün görüşlərində aşağıdakı hesablar qeydə alınıb:

C qrupu:

Almaniya - San Marino - 6:1;

Niderland – Estoniya - 5:0.

E qrupu:

Slovakiya - Azərbaycan - 0:2;

Uels – Macarıstan - 2:0.

G qrupu:

Şimali Makedoniya – İsrail - 1:0;

Latviya – Avstriya - 1:0;

Polşa – Sloveniya - 3:2.

I qrupu:

Belçika – Kipr - 6:1;

San Marino – Rusiya - 0:5;

Şotlandiya – Qazaxıstan - 3:1.

AzNews.az