Özümlə Ronaldo arasında müqayisə apardıqda kimin yaxşı olduğunu deyə bilmərəm Özümlə Ronaldo arasında müqayisə apardıqda kimin yaxşı olduğunu deyə bilmərəm
  • Fanat
  • 4 Dekabr 2019 10:05
  •  1 799

Kiminsə "qızıl top"u 5 dəfə almasını dərk etmək mənə toxunurdu - Messi

Özümlə Ronaldo arasında müqayisə apardıqda kimin yaxşı olduğunu deyə bilmərəm

"Barselona"nın argentinalı hücumçusu Lionel Messi "Qızıl top-2019" mükafatının verilməsinin nəticələrini şərh edib.

O, həmçinin bu nominasiyada qalibin hansı meyarlar üzrə müəyyən edilməsi barədə də fikirlərini bölüşüb.

"Özümlə Ronaldo arasında müqayisə apardıqda kimin yaxşı olduğunu deyə bilmərəm. Biz müxtəlif tapşırıqları yerinə yetiririk: o, bombardirdir, amma mən oyunun qurulması ilə məşğul oluram", - deyə o bildirib.

"Qızıl top"u almaq üçün sizə inanılmaz mövsüm keçirmək və Çempionlar Liqasını udmaq lazımdır. Avropada klubunuzla qələbə bu mükafata daha çox, ən azı əksər hallarda sizə şans verir", - deyə hücumçu bildirib.

"Kriştiano beşinci dəfə qalib gələndə o, "Real"la böyük dövr yaşadı, hansında ki, hər şeyi uddu. Ronaldo buna layiq idi. Onda mən düşünürdüm ki, daha çox şey etmək olardı. Mən bunu necə yaşadım? Əslində, azca yaxşı. Tək olmamağımın, kiminsə "qızıl top"u beş dəfə almasını dərk etmək mənə toxunurdu", - deyə Messi "L'Equipe"yə bildirib.

Messi 2019-cu ildə "Barselona"nın heyətində İspaniya çempionatının qalibi olub. O, həmçinin Argentina yığmasının heyətində Amerika Kubokunun bürünc medalını qazanıb.

Daha əvvəl Messi FİFA-nın versiyasına görə "ilin ən yaxşı futbolçusu" adlandırılıb. (Report)

AzNews.az