Tofiq Bəhramov adına Respublika stadionunda UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində son oyununu keçirəcək Tofiq Bəhramov adına Respublika stadionunda UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində son oyununu keçirəcək
  • Fanat
  • 12 Dekabr 2019 16:33
  •  1 829

"Gənclik" stansiyası futbola görə gec bağlanacaq

Tofiq Bəhramov adına Respublika stadionunda UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində son oyununu keçirəcək

Bu gün "Qarabağ" futbol klubunun oyunu baş tutacaq.

AzNews.az xəbər verir ki, Bakı Metropolitenin sözcüsü Bəxtiyar Məmmədov bugünki oyuna görə metronun "Gənclik" stansiyasının yarım saat gec bağlanacağı məlumatını yayıb:

"Qarabağ"ın oyununu stadionda izləyənlərin nəzərinə, "Qarabağ" futbol klubu bu gün saat 21:55-də başlamaqla Tofiq Bəhramov adına Respublika stadionunda UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində son oyununu keçirəcək.

Qarşılaşmanı arenadan canlı izləyəcək tamaşaçılar 00:30-a qədər metropolitenin "Gənclik" stansiyasına daxil ola və qatarlarla mənzil başına çata bilərlər.

Onu da əlavə edək ki, digər stansiyaların girişi adi iş vaxtı qaydası ilə saat 00:00-da bağlanacaq".

Səidə Vahid

AzNews.az