“Başakşehir” (Türkiyə) “Sportinq”lə (Portuqaliya) qarşılaşacaq “Başakşehir” (Türkiyə) “Sportinq”lə (Portuqaliya) qarşılaşacaq
  • Fanat
  • 16 Dekabr 2019 16:41
  •  2 054

Avropa Liqası: onaltıdabir final mərhələsində mübarizə aparacaq rəqiblər bəlli oldu - SİYAHI

“Başakşehir” (Türkiyə) “Sportinq”lə (Portuqaliya) qarşılaşacaq

Dekabrın 16-da UEFA-nın İsveçrədəki mənzil-qərargahında Avropa Liqasının 2019-2020-ci il mövsümünün onaltıdabir final mərhələsinin püşkü atılıb.

Püşkün nəticələrinə əsasən, onaltıdabir finalda komandalar aşağıdakı kimi qarşılaşacaqlar:

“Vulverhempton” (İngiltərə) - “Espanyol” (İspaniya);

“Sportinq” (Portuqaliya) - “Başakşehir” (Türkiyə);

“Xetafe” (İspaniya) - “Ayaks” (Niderland);

“Bayer Leverkuzen” (Almaniya) - “Portu” (Portuqaliya);

“Kopenhagen” (Danimarka) - “Seltik” (Şotlandiya);

APOEL (Kipr) - “Bazel” (İsveçrə);

“ÇFR Kluj” (Rumıniya) - “Sevilya” (İspaniya);

“Olimpiakos” (Yunanıstan) - “Arsenal” (İngiltərə);

“AZ Alkmaar” (Hollandiya) - LASK (Avstriya);

“Brügge” (Belçika) - “Mançester Yunayted” (İngiltərə);

“Ludoqorets” (Bolqarıstan) - “İnter” (İtaliya);

“Ayntraxt Frankfurt” (Almaniya) - “Zaltsburq” (Avstriya);

“Şaxtyor Donetsk” (Ukrayna) - “Benfika” (Portuqaliya);

“Volfsburq” (Almaniya) - “Malmö” (İsveç);

“Roma” (İtaliya) – “Gent” (Belçika);

“Reyncers” (Şotlandiya) - “Braqa” (Portuqaliya).

Qeyd edək ki, onaltıdabir final mərhələsinin ilk görüşləri fevralın 20-də, cavab qarşılaşmaları bir həftə sonra oynanılacaq.

UEFA Avropa Liqasının final matçı Polşanın “Leqiya” klubunun ev oyunlarını keçirdiyi Qdansk şəhərindəki “PGE Arena”da baş tutacaq.

AzNews.az