Mən qapıçıların öyrənilməsinə daha çox vaxt ayırmağa başladım Mən qapıçıların öyrənilməsinə daha çox vaxt ayırmağa başladım
  • Fanat
  • 27 Dekabr 2019 08:54
  •  2 463

Messi uğurlu cərimə zərbələrinin sirrini açıqladı

Mən qapıçıların öyrənilməsinə daha çox vaxt ayırmağa başladım

"Barselona" futbol komandasının hücumçusu Lionel Messi cərimə zərbələrini uğurla reallaşdırmasından danışıb.

Məşhur futbolçu klubun rəsmi saytına müsahibəsində sirlərini bölüşüb.

"Bu həqiqətdir ki, mən qapıçıların öyrənilməsinə daha çox vaxt ayırmağa başladım. Mən onların hərəkətlərini izləyirəm, o addım atır ya yox. İndi mən bunu bir az çox öyrənirəm. Bütün bunlar məşqlər nəticəsində mümkün olub", - deyə Messi bildirib.

Lionel Messinin İspaniyanın çempionatının cari mövsümündə 13 matç keçirib və 13 qol vurub. Onun aktivində həmçinin 6 məhsuldar ötürmə var.

"Barselona" 18 turdan sonra 39 xal toplayaraq İspaniya çempionatının yarış cədvəlinə başçılıq edir. (Report)

AzNews.az