Mixayloviçin tezliklə yenidən işinin başına dönəcəyi gözlənilir Mixayloviçin tezliklə yenidən işinin başına dönəcəyi gözlənilir
  • Fanat
  • 27 Yanvar 2020 15:15
  •  7 201

Sinişa Mixayloviç yenidən xəstəxanaya yerləşdirilib

Mixayloviçin tezliklə yenidən işinin başına dönəcəyi gözlənilir

İtaliyanın "Bolonya" futbol klubunun baş məşqçisi baş məşqçisi Sinişa Mixayloviç yenidən xəstəxanaya yerləşdirilib. Buna səbəb onkoloji xəstəlikdən (leykemiya) əziyyət çəkən serbiyalı mütəxəssisin antivirus dərmanları ilə müalicə almalı olmasıdır. Bu prosedur onkoloji xəstəliklərdə məcburi olduğu üçün Mixayloviç yenidən xəstəxananın yolunu tutub. 50 yaşlı mütəxəssis daha öncə xəstəliyi ilə əlaqədar bir neçə kimyaterapiya kursu keçib və həmçinin sümük iliyi transplantasiyası olunub. Mixayloviçin tezliklə yenidən işinin başına dönəcəyi gözlənilir. Qeyd edək ki, "Boloniya" ilə 2022-ci ilə qədər müqaviləsi olan Mixayloviç onda leykemiya aşkarlanandan sonra da postunda qalmağa qərar verib.  (Report) AzNews.az