Neçə aparıcı oyunçu komandanı tərk edəcək Neçə aparıcı oyunçu komandanı tərk edəcək
  • Fanat
  • 17 Fevral 2020 14:49
  •  3 425

“Mançester Siti” çempionluğunu itirə bilər

Neçə aparıcı oyunçu komandanı tərk edəcək

UEFA İngiltərənin “Mançester Siti” klubunun avrokuboklarda iki il ərzində iştirakına qadağa qoyub.

TASS-ın yaydığı xəbərə görə, “Mançester Siti”nin 2012-2016-cı illərdə maliyyə feyr-pley prinsiplərini pozduğu bildirilir.
Tanınmış “Daily Mail” nəşrinin bildirdiyinə görə, bununla bağlı İngiltərə Futbol Federasiyası Mançester təmsilçisinin 2013-2014-cü il mövsümündə qazandığı çempionluğunu əlindən alıb həmin il Premyer Liqanı ikinci pillədə başa vuran “Liverpul”a verilə bilər.

Həmçinin mənbə bildirir ki, “Mançester Siti” klubuna iki ildə ciddi maliyyə zərbəsi dəyəcək və buna görə Rahim Sterlinq, Kevin de Brüyne və Aymerik Laport kimi bir neçə aparıcı oyunçu komandanı tərk edəcək.

Qeyd edək ki, “Mançester Siti” klubu qərardan İdman Arbitraj Məhkəməsinə (CAS) şikayət edəcək.

AzNews.az