Ən yaxşı futbolçu mükafatı oyundan dərhal sonra veriləcək Ən yaxşı futbolçu mükafatı oyundan dərhal sonra veriləcək
  • Fanat
  • 17 Fevral 2020 20:11
  •  3 645

Çempionlar Liqası üçün yeni mükafat təsis olundu

Ən yaxşı futbolçu mükafatı oyundan dərhal sonra veriləcək

UEFA Çempionlar Liqasının hər bir matçının ən yaxşı futbolçusu üçün mükafat təsis edib.

AzNews.az-ın məlumatına görə, mükafat cari ildə UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsindən başlayaraq veriləcək.

Laureatları matçlarda iştirak edəcək UEFA-nın texniki müşahidəçiləri müəyyənləşdirəcəklər. Müşahidəçilərin siyahısına İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeyt, Belçika yığmasının çalışdırıcısı Roberto Martines, İngiltərə millisinin (qadın) məşqçisi Fil Nevill, İrlandiya seçməsinin sabiq hücumçusu Robbi Kin, “Real Madrid”in sabiq müdafiəçisi Aytor Karanka və digər mütəxəssislər daxildir.

Matçın ən yaxşı futbolçusu mükafatını oyundan dərhal sonra alacaq.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsinin birinci oyunları fevralın 18-də keçiriləcək.