2:0 hesabı ilə 2:0 hesabı ilə
  • Fanat
  • 18 Fevral 2020 10:15
  •  3 820

“Çelsi” “Mançester Yunayted”ə məğlub olub

2:0 hesabı ilə

İngiltərə Premyer Liqasının 26-cı turuna yekun vurulub.

AzNews.az xəbər verir ki, turun son görüşündə “Çelsi” doğma azarkeşlər önündə “Mançester Yunayted” komandasını qəbul edib.

“Stamford Bric” stadionunda oynanılan görüşdə qonaqlar 2:0 hesabı ilə qalib gəlib. Mançester təmsilçisinin heyətində Antoni Marsial və Hari Maquayer fərqləniblər.

Bu qələbədən sonra xal ehtiyatını 38-ə çatdıran “Mançester Yunayted” turnir cədvəlində yeddinci yerə yüksəlib. “Çelsi” isə 41 xalla 4-ci yerdə qərarlaşıb.