Matçlar qeyri-müəyyən müddətədək təxirə salınıb Matçlar qeyri-müəyyən müddətədək təxirə salınıb
  • Fanat
  • 26 Fevral 2020 20:21
  •  3 994

Koronavirus bu oyunlara da əngəl oldu

Matçlar qeyri-müəyyən müddətədək təxirə salınıb

Asiya Çempionlar Liqasının mart ayında Cənubi Koreyada keçirilməli olan oyunları ləğv olunub.

AzNews.az "Yonhap" agentliyinə istinadən xəbər verir ki, buna koronavirus epidemiyası səbəb olub.

ÇL-də iştirak edən yerli klublar - "Seul", "Ulsan", "Suvon" və "Çonbuk"un 3-4 mart tarixlərində evdə oynamalı olduqları matçlar qeyri-müəyyən müddətədək təxirə salınıb.

Qeyd edək ki, Cənubi Koreyada koronavirusa 1 146 yoluxma halı qeydə alınıb. Bunlardan 12-si ölümlə nəticələnib. Epidemiyaya görə yerli çempionatın startı (29 fevral) da təxirə salınıb.