Dünya Kuboku martın 12-də start götürüb Dünya Kuboku martın 12-də start götürüb
  • Fanat
  • 13 Mart 2020 22:05
  •  4 030

Bakıdakı Dünya Kuboku yarımçıq dayandırıldı

Dünya Kuboku martın 12-də start götürüb

Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kuboku yarımçıq dayandırılıb.

Azərbaycan Gimnastika Federasiyasının Mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, 14 və 15 mart tarixlərində keçirilməsi planlaşdırılan Dünya Kubokunun final mərhələləri Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı rəhbər tutularaq ləğv olunub.

Bildirilib ki, Azərbaycan Gimnastika Federasiyasının bu qərarı dünyada yayılmış koronavirus xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi ilə bağlıdır.

Qeyd edək ki, Dünya Kuboku martın 12-də start götürüb. İlk iki gündə təsnifat yarışları keçirilib.