“Qalatasaray” doğma azarkeşləri önündə “Beşiktaş”ı qəbul edəcək “Qalatasaray” doğma azarkeşləri önündə “Beşiktaş”ı qəbul edəcək
  • Fanat
  • 15 Mart 2020 11:48
  •  3 913

Bu gün İstanbul derbisi var

“Qalatasaray” doğma azarkeşləri önündə “Beşiktaş”ı qəbul edəcək

Bu gün Türkiyə Super Liqasında İstanbul derbisi baş tutacaq.

AzNews.az xəbər verir ki, 26-cı turun mərkəzi oyununda “Qalatasaray” doğma azarkeşləri önündə “Beşiktaş”ı qəbul edəcək.

“Türk Telekom” stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Oyunun baş hakimi Abdulkadir Bitiqen olacaq.

Qeyd edək ki, koronavirus pandemiyasına görə qarşılaşma azarkeşsiz keçiriləcək.