Norveç Futbol Federasiyası Norveç Futbol Federasiyası
  • Fanat
  • 17 Mart 2020 17:30
  •  4 326

Avro-2020 Avro-2021 oldu

Norveç Futbol Federasiyası

2020-ci il futbol üzrə Avropa çempionatının 2021-ci ilin yayında keçirilməsi haqqında qərar verilib.

Bu barədə Norveç Futbol Federasiyası məlumat yayıb.

Koronavirus pandemiyası ilə əlaqədar Avropa çempionatının oyunlarının 2021-ci ilin 11 iyun-11 iyul tarixlərində keçiriləcəyi bildirilib.

Qeyd edək ki, futbol üzrə Avropa çempionatı bu il iyunun 12-dən iyulun 12-ə kimi Azərbaycan da daxil olmaqla, Danimarka, İngiltərə, Almaniya, Macarıstan, İtaliya, Niderland, İrlandiya, Rusiya, Rumıniya, Şotlandiya və İspaniyada keçiriləcəkdi.

AzNews.az