Həbib Nurməhəmmədov onunla döyüşdən imtina etdi

Bu barədə Nurməhəmmədov öz İnstagram səhifəsində yazıb

UFC üzrə Həbib Nurməhəmmədov ameriaklı döyüşçü Toni Ferqyusonla təkbə-tək döyüşdən imtina edib.

AzNews.az xəbər verir ki, bu barədə Nurməhəmmədov öz İnstagram səhifəsində yazıb.

Həbib amerikalı döyüşçü ilə döyüşdən imtinasını koronavirusla əlaqələndirib. “ Bütün dünya karantində əyləşir”- deyən Nurməhəmədov azarkeşlərini onu başa düşməyə çağırıb: “Belə bir vəziyyətdə özünüzü mənim yerimə qoyun”.
Nurməhəmmədovun bu çağrışı azarkeşləri tərəfindən heç də birmənalı qarşılanmayıb.

UFC rəhbərliyi isə hesab edir ki, Həbib əvvəlcədən Ferqyusonla döyüşmək istəmirdi.

UFC rəhbəri Deyn Uayt Nurməhəmədovun açıqlamasından bir gün sonra “Yahoo Sports”a açıqlamasında deyib ki, onsuz da biz Nurməhəmmədovun döyüşməyəcəyini bilirdik.
Amerikalı idmançı birmənalı olaraq bəyan edib ki, Həbib ondan qorxduğu üçün döyüşdən imtina edib.