Həmçinin, mükafatlar ən yaxşı qapıçıya, ən yaxşı gənc oyunçuya və ən yaxşı futbolçuya da verilməyəcək Həmçinin, mükafatlar ən yaxşı qapıçıya, ən yaxşı gənc oyunçuya və ən yaxşı futbolçuya da verilməyəcək
  • Fanat
  • 20 İyul 2020 22:46
  •  4 635

Tarixdə ilk dəfə - Futbolçular “Qızıl top”suz qalacaq

Həmçinin, mükafatlar ən yaxşı qapıçıya, ən yaxşı gənc oyunçuya və ən yaxşı futbolçuya da verilməyəcək

2020-ci ilin yekunları üzrə "Qızıl top" futbol mükafatını təqdim etməyəcəklər.

AzNews.az bildirir ki, bu barədə mükafatın təsisçisi olan “France Football” jurnalı xəbər verib.

“1956-cı ildən, tarixində ilk dəfə “Ballon d'Or France” ("Qızıl top") mükafatı kifayət qədər ədalətli şəraitin olmaması səbəbindən 2020-ci ildə təqdim edilməyəcək”, - məlumatda deyilir.

Mükafatın təsisçiləri qeyd ediblər ki, koronavirus pandemiyası səbəbindən bütün ölkələrdə futbol mövsümü bərpa olunmayıb, ona görə də qalibin seçimi obyektiv olmayacaq.

Həmçinin, mükafatlar ən yaxşı qapıçıya, ən yaxşı gənc oyunçuya və ən yaxşı futbolçuya da verilməyəcək.

Qeyd edək ki, “Qızıl top” mükafatı “France Football” jurnalının baş redaktoru Qabriel Ano tərəfindən təsis edilib. 2019-cu ildə “Barselona” və Argentina yığmasının oyunçusu Lionel Messi “Qızıl top”a sahib olub.