Azərbaycan bayraqlarının AFFA-nın binasından asılmasında o qədər də qeyri-adi şey yoxdur Azərbaycan bayraqlarının AFFA-nın binasından asılmasında o qədər də qeyri-adi şey yoxdur
  • Fanat
  • 22 İyul 2020 20:08
  •  5 492

AFFA: "Bayraqlar həmrəylik simvolu olaraq asıldı"

Azərbaycan bayraqlarının AFFA-nın binasından asılmasında o qədər də qeyri-adi şey yoxdur

AFFA-nın inzibati binasında Azərbaycan bayraqları asılıb.

Bu, sosial şəbəkələrdə xüsusi maraqla qarşılanıb.

Qurumun Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Firuz Abdulla məsələ ilə bağlı açıqlama verib. O, AzNews.az-ın məlumatına görə, "Report"a bildirib ki, Azərbaycan bayraqlarının AFFA-nın binasından asılmasında o qədər də qeyri-adi şey yoxdur.

Federasiya rəsmisi ölkədə son günlərin bir qədər gərgin keçdiyini söyləyib: "Cəbhə xəttində müəyyən hadisələr baş verdi. Azərbaycan bayraqlarının AFFA-nın binasının bir neçə yerində asılması çətin günlərdə "Biz birlikdə güclüyük!" şüarının simvolu, onun rəmzidir. Azərbaycanın gözəl dövlət bayrağı var. Bu bayraq harada asılırsa, həm gözəllik gətirir, həm də bizim güclü olduğumuzun göstəricisidir. Bayraqlar həmrəylik simvolu olaraq AFFA-nın binasından asıldı".