- Fanat
- 19 Sentyabr 2020 23:11
- 7 353
Qəbələdə heç-heçə, “Sumqayıt”dan qələbə

"Qəbələ" evdə "Keşlə"ni qəbul edib
Azərbaycan Premyer Liqasında III tura start verilib.
AzNews.az bildirir ki, "Qəbələ" evdə "Keşlə"ni qəbul edib. Matçda hesab açılmayıb.
Günün ikinci görüşündə "Sumqayıt" "Səbail"i qonaq edib. 2:1 hesabı ilə qalib gələn "Gənclik şəhəri" təmsilçisi xallarının sayını 6-ya çatdıraraq azı 1 günlük liderliyi ələ keçirib. 3-cü oyununda da uduzan "Səbail" isə sonuncu sıradadır.
Tura sabah keçiriləcək 2 oyunla yekun vurulacaq.
17:00 "Qəbələ" - "Keşlə" - 0:0
Qırmızı vərəqə: Nikolas Raysel, 67 ("Qəbələ")
Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Cavanşir Yusifov, Rəhim Həsənov
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Qəbələ şəhər stadionu.
19:15 "Sumqayıt" - "Səbail" - 2:1
Qollar: Süleyman Əhmədov, 9, Əli Qurbani, 32- Rauf Əliyev, 21
Hakimlər: Orxan Məmmədov, Elşad Abdullayev, Vüqar Bayramov, Rauf Allahverdiyev
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
"Kapital Bank Arena".