O, 2016-cı ildə isə Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının qalibi olub O, 2016-cı ildə isə Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının qalibi olub
  • Fanat
  • 19 Yanvar 2021 11:51
  •  5 205

Azərbaycanlı idmançı dopinqə görə cəzalandırıldı

O, 2016-cı ildə isə Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının qalibi olub

Qazaxıstanı təmsil edən azərbaycanlı ağırlıqqaldıran Nicat Rəhimov 2016-cı ildə dopinq-test üçün verdiyi sidik analizini dəyişdirməkdə şübhəli bilinir.

Belə bir ittihamı Beynəlxalq Dopinq-Test Agentliyi (ITA) irəli sürüb. 28 yaşlı idmançı araşdırma müddətində yarışlardan kənarlaşdırılıb.

N.Rəhimov 2014-cü ildə Azərbaycan yığmasını tərk edərək, Qazaxıstan vətəndaşlığına keçib. O, növbəti il dünya çempionu, 2016-cı ildə isə Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının qalibi olub.

Qeyd edək ki, Nicat Rəhimov Azərbaycan millisində ikən 2013-cü ildə orqanizmində steroidlər tapıldığı üçün 2 il müddətinə diskvalifikasiyaya məruz qalıb. (report)

AzNews.az