• Fanat
  • 19 Aprel 15:19
  •  1 696

UEFA Çempionlar Liqasının formatını dəyişdi

36 komandadan 2-si yarışa Wild Card sistemi ilə buraxılacaq

UEFA Çempionlar Liqasının formatını dəyişib.

AzNews.az xəbər verir ki, müvafiq qərar qurumun bu gün videokonfrans formatında keçirilən iclasında qəbul edilib. “Deutsche Welle” nəşrinin yazdığına görə, 2024/25 mövsümündən başlayaraq ÇL-də qrup mərhələsi ləğv olunacaq, komandaların ümumi sayı 32-dən 36-ya yüksəldiləcək.

Həmin vaxta qədər isə yarış indiki formatda davam edəcək. 36 komandadan 2-si yarışa Wild Card sistemi ilə buraxılacaq. Bu vəsiqə daxili çempionatda ÇL-ə viza ala bilməyən, amma turnirdə mühüm uğurlar əldə edən klublara veriləcək.

Yeni formata əsasən, turnir İsveçrə sistemi əsasında keçiriləcək. Bununla da ilkin final mərhələsində hər komanda 5-i səfərdə, 5-i evdə olmaqla 10 oyun keçirəcək. Bunun nəticəsində turnir cədvəli formalaşdırılacaq və ilk 8 yeri tutan komanda ÇL-in 1/8 finalına birbaşa vəsiqə qazanacaq. Digər 8 vəsiqə uğrunda 9-24-cü yerlər tutan komandalar pley-off formatında mübarizə aparacaq.