Matç Kataloniya təmsilçisinin 5:2 hesablı qələbəsi ilə başa çatıb Matç Kataloniya təmsilçisinin 5:2 hesablı qələbəsi ilə başa çatıb
  • Fanat
  • 23 Aprel 2021 10:24
  •  7 491

Messi dubl etdi, “Barselona” qazandı

Matç Kataloniya təmsilçisinin 5:2 hesablı qələbəsi ilə başa çatıb

İspaniya La Liqasının 31-ci turunda "Barselona" evdə "Getafe"ni qəbul edib.

AzNews.az xəbər verir ki, matç Kataloniya təmsilçisinin 5:2 hesablı qələbəsi ilə başa çatıb.

Oyunda ilk qolu "Barselona"nın kapitanı Lionel Messi (8-ci dəqiqə) vurub. 12-ci dəqiqədə Lenglet öz qapısına qol vuraraq hesabın bərabərləşməsinə səbəb olub. 28-ci dəqiqədə "Getafe"nin oyunçusu Sofian Çakla da öz qapısından qol keçirib. Matçın 33-cü dəqiqəsində Lionel Messi dubl edib.

İkinci hissədə "Getafe" Enes Ünalın penaltidən vurduğu qolla hesab arasındakı fərqi azaldıb. Lakin 87-ci dəqiqədə Ronald Araujo Lionel Messinin ötürməsini qola çevirib. Oyunda sonuncu qolu 90+3 dəqiqədə Antuan Qrizman penaltidən yerinə yetirib.

Qeyd edək ki, bu qələbə ilə "Barselona" turnir cədvəlində 68 xalla 3-cü pillədə qərarlaşıb. "Getafe" isə 31 xalla 15-ci pillədə qalıb.