Bu yarış sonuncu dəfə 2017-ci ildə Bakıda baş tutub Bu yarış sonuncu dəfə 2017-ci ildə Bakıda baş tutub
  • Fanat
  • 5 May 2021 15:08
  •  6 265

İslamiada bu il keçirilməyəcək - RƏSMİ

Bu yarış sonuncu dəfə 2017-ci ildə Bakıda baş tutub

Türkiyənin Konya şəhərində keçirilməli olan V İslam Həmrəylik Oyunları ikinci dəfə təxirə salınıb.

AzNews.az xəbər verir ki, 10-19 sentyabrda baş tutmalı olan yarış koronavirus pandemiyası ilə bağlı olaraq bu il keçirilməyəcək.

İslam Həmrəyliyi İdman Federasiyasından açıqlamada yarışın 2022-ci il 9-18 avqust tarixlərinə keçirildiyi bildirilib.

Qeyd edək ki, bu yarış sonuncu dəfə 2017-ci ildə Bakıda baş tutub. Konyada keçirilməli yarış bu ilin yay aylarında baş tutmalı olsa da, Olimpiadaya görə sentyabra salınmışdı.