Paracüdo üzrə Qran Pri Tokio Yay Paralimpiya Oyunlarına lisenziya xalları qazandıracaq Paracüdo üzrə Qran Pri Tokio Yay Paralimpiya Oyunlarına lisenziya xalları qazandıracaq
  • Fanat
  • 17 May 2021 17:41
  •  6 287

Bakıdakı Qran Pridə iştirak edəcək idmançılarımızın adları bilindi - HEYƏT

Paracüdo üzrə Qran Pri Tokio Yay Paralimpiya Oyunlarına lisenziya xalları qazandıracaq

24-25 may tarixlərində Bakıda paracüdo üzrə Qran Pri yarışı keçiriləcək.

AzNews.az-ın xəbərinə görə, bu yarışda iştirak edəcək kişi və qadın millimizin heyəti artıq bəllidir. Komandalarımız kişi və qadın komandalarımızın hər birində doqquz cüdoçu olmaqla tam heyətlə mübarizə aparacaq.

Kişilər

Vüqar Şirinli, Orxan Qarayev (hər ikisi -60 kq), Bayram Mustafayev, Namiq Abbaslı (-66 kq), Ramil Qasımov (-73 kq), Hüseyn Rəhimli (-81 kq), Rövşən Səfərov (-90 kq), Kənan Abdullaxanlı (-100 kq), İlham Zəkiyev (+100 kq)

Qadınlar

Şahanə Hacıyeva (-48 kq), Bəsti Səfərova, Səbinə Abdullayeva (hər ikisi -52 kq), Afaq Sultanova, Sevda Vəliyeva (hər ikisi -57 kq), Xanım Hüseynova (-63 kq), Zülfiyyə Hüseynova (-70 kq), Xatirə İsmiyeva, Dürsədəf Kərimova (+70 kq)

Qeyd edək ki, paracüdo üzrə Qran Pri Tokio Yay Paralimpiya Oyunlarına lisenziya xalları qazandıracaq.