AÇ-2020 11 iyun – 11 iyul aralığında keçiriləcək AÇ-2020 11 iyun – 11 iyul aralığında keçiriləcək
  • Fanat
  • 8 İyun 2021 14:48
  •  6 291

İspaniya millisi karantinə alındı, Litvaya qarşı 21 yaşlılar oynayacaq

AÇ-2020 11 iyun – 11 iyul aralığında keçiriləcək

Futbol üzrə İspaniya milli komandasının AÇ-2020 üçün yekun heyətinə dörd yeni futbolçu cəlb olunub.

AzNews.az xəbər verir ki, bunlar “Selta”dan Brais Mendes, “Lids”dən Rodriqo Moreno, “Vest Hem”dən Pablo Fornals və “Valensiya”dan Karlos Solerdir.

Qeyd edək ki, İspaniya millisində müdafiəçi Serxio Busketsin koronavirus testi pozitiv çıxıb və o, karantinə alınıb. Elə komandanın digər üzvləri də məşqçilər korpusu ilə birgə təcrid olunub. Bu gün İspaniya yığması Litva ilə yoxlama oyunu keçirməliydi. Lakin məhz koronavirusa yoluxma səbəbindən bu oyunda Litvaya qarşı İspaniyanın U-21 yığması mübarizə aparacaq. Komandanı meydana elə U-21-in məşqçilər korpusu çıxaracaq.

AÇ-2020 11 iyun – 11 iyul aralığında keçiriləcək. İspaniya millisi turnirin qrup mərhələsində İsveç, Polşa və Slovakiya yığmaları ilə qarşılaşacaq.

AÇ-2020-yə ev sahibliyi edəcək şəhərlər arasında Bakı da var. Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə – Uels, Türkiyə – Uels və Türkiyə – İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin bir oyununa ev sahibliyi edəcək.