"Sabah gözəl oyunla qələbə qazanacağımıza ümid edirik” "Sabah gözəl oyunla qələbə qazanacağımıza ümid edirik”
  • Fanat
  • 15 İyun 2021 18:10
  •  4 746

Şenol Günəş: “Azərbaycanda öz evimizdəki kimiyik”

"Sabah gözəl oyunla qələbə qazanacağımıza ümid edirik”

“Azərbaycan xalqına bizi isti qarşılamaya görə təşəkkür edirik. Öz evimizdəki kimiyik”.

Aznews.az xəbər verir ki, bunu Türkiyə millisinin baş məşqçisi Şenol Günəş deyib.

Təcrübəli mütəxəssis AVRO-2020-nin qrup mərhələsinin II turunda Uelslə Bakı Olimpiya Stadionunda keçiriləcək oyunöncəsi mətbuat konfransı təşkil edib.

Günəş sabahkı qarşılaşma ilə bağlı bu fikirləri səsləndirib: “Azərbaycan xalqının dəstəyini hiss edirik. Bakı Olimpiya Stadionu da çox gözəldir. İtaliya ilə oyun bizim üçün hərtərəfli uğursuz alındı. Amma sabah gözəl oyunla qələbə qazanacağımıza ümid edirik”.