“Qarabağ” Konfrans Liqasında mübarizəyə II təsnifat mərhələsindən başlayacaq “Qarabağ” Konfrans Liqasında mübarizəyə II təsnifat mərhələsindən başlayacaq
  • Fanat
  • 16 İyun 2021 11:57
  •  4 497

“Qarabağ” “Arsenal”la qarşılaşacaq

“Qarabağ” Konfrans Liqasında mübarizəyə II təsnifat mərhələsindən başlayacaq

Azərbaycanı bu il Konfrans Liqasında təmsil edəcək “Qarabağ” təlim-məşq toplanışını davam etdirir.

AzNews.az-ın məlumatına görə, hazırlığın ikinci mərhələsi üçün Avstriyaya yollanacaq Ağdam təmsilçisinin yoxlama görüşündə üz-üzə gələcəyi rəqiblərdən biri müəyyənləşib.

Qurban Qurbanov yetirmələrini Rusiya klubu “Arsenal”la görüşdə sınayacaq. Bu barədə Tula təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb. Bildirilib ki, Avstriya toplanışı çərçivəsində 5 yoxlama görüşü keçirəcək Dmitri Parfyonovun kollektivi üçüncü sınağını “Qarabağ”a qarşı verəcək. Həmin qarşılaşmanın iyulun 11-də baş tutması planlaşdırılır.

Qeyd edək ki, “Qarabağ” Konfrans Liqasında mübarizəyə II təsnifat mərhələsindən başlayacaq.