Məlumat UEFA-nın rəsmi “Twitter” səhifəsində dərc edilib Məlumat UEFA-nın rəsmi “Twitter” səhifəsində dərc edilib
  • Fanat
  • 17 İyun 2021 13:49
  •  5 874

AVRO-2020-nin ən sürətli futbolçularının adları məlum oldu

Məlumat UEFA-nın rəsmi “Twitter” səhifəsində dərc edilib

Avropa Futbol Assosiasiyalarının İttifaqı (UEFA) 2020-ci il Avropa çempionatının ən sürətli beş futbolçusunun adını açıqlayıb.

AzNews.az bildirir ki, məlumat UEFA-nın rəsmi “Twitter” səhifəsində dərc edilib.

Belə ki, siyahıya saatda 33,8 kilometr sürətlə qaçan 28 yaşlı italiyalı futbolçu Leonardo Spinassola başçılıq edir.

İkinci sırada saatda 33,5 kilometr sürətlə Uelsin yarımmüdafiəçisi Daniel Ceyms qərarlaşıb.

Üçlüyü ingiltərəli hücumçu Rəhim Sterlinq qapadır. Yamayka əsilli futbolçu saatda 33,1 kilometr sürətlə qaçır.

Siyahıda dördüncü sırada saatda 32,8 kilometr sürətlə İsveçrə yığmasının futbolçusu Bril Embolo qərarlaşıb.

İtaliya millisinin futbolçu Covanni Di Lorentso saatda 32,6 kilometr qaçmaqla beşinci yerdə qərarlaşıb.