Türkiyə yığması A qrupunu xalsız başa vurub Türkiyə yığması A qrupunu xalsız başa vurub
  • Fanat
  • 21 İyun 2021 12:08
  •  5 018

Merih Demiral üzr istədi

Türkiyə yığması A qrupunu xalsız başa vurub

Futbol üzrə Türkiyə millisinin müdafiəçisi Merih Demiral AÇ-2020-nin qrup mərhələsinin son turunda İsveçrəyə qarşı keçirdikləri oyunu və bu turnirdəki uğursuz çıxışı şərh edib.

AzNews.az xəbər verir ki, o, Bakıda baş tutan və 1:3 hesabıyla uduzduqları matçdan sonra bunları söyləyib:

“Çox məyusuq. Belə olacağını gözləmirdik. Bizdən gözləntilər böyük idi. Belə olan təqdirdə məyusluq da çox olur. Danışılacaq çox şey yoxdur. Turnirin ən gənc komandasıyıq. Bu, bizə ümid verir. İnanıram ki, bundan sonrakı turnirlərə qatılaraq necə yaxşı komanda olduğumuzu göstərəcəyik. Mən dostlarıma inanıram. AÇ-2020 bizim üçün böyük təcrübə oldu. Biz yaxşı və pis gündə birlikdəyik. Hər kəsdən üzr istəyirik”.

Qeyd edək ki, Türkiyə yığması A qrupunu xalsız başa vurub və AÇ-2020 ilə vidalaşan ilk komanda olub.