• Fanat
  • 9 İyun 22:57
  •  1 156

"Turan Tovuz"dan ilk transfer

"Turan Tovuz" yeni mövsüm üçün ilk transferini gerçəkləşdirib.

AzNews.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.

Bölgə təmsilçisi "Şamaxı"dan ayrılan Dioqo Balaunu heyətinə qatıb. Portuqaliyalı yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Balau son mövsümdə Premyer Liqada 31 oyunda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.