Bakı-Qazax avtomagistralının Ağstafa rayonundan keçən hissəsində yol qəzası baş verib. Bakı-Qazax avtomagistralının Ağstafa rayonundan keçən hissəsində yol qəzası baş verib.

Toqquşan “VAZ”lar bordürə çırpıldılar

Bakı-Qazax avtomagistralının Ağstafa rayonundan keçən hissəsində yol qəzası baş verib.


"72-BA-143" dövlət qeydiyyat nişanlı "VAZ 2106" markalı avtomobillə "10-MM-828" nömrəli "VAZ 21012" toqquşub.

Zərbənin gücündən hər iki avtomobil bayraq meydanının bordürünə çırpılıblar. Hadisə zamanı xəsarət alan olmayıb. Qəzanın dəqiq səbəbləri araşdırmalardan sonra bilinəcək.

Bir ay əvvəl də həmin ərazidə yüksək sürətlə hərəkət edən "Naz-Lifan" markalı avtomobil yoldan çıxaraq bayraq meydanının bordürünə çırpılıb, nəticədə sürücü hadisə yerində dünyasını dəyişib.

Kəpəztv.az